“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar 26 fevral tarixindən başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı 32 il”, “Xatırlayırıq”, “Azərbaycana qarşı cinayət” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.

İstinadlar Report