Amerika prezidenti Donald Trampın administrasiyası xaricdən polad və alüminium tədarükünə rüsumlar tətbiq etdikdən sonra Meksika hakimiyyəti dərhal ABŞ-yə tariflərlə cavab verməyəcək.

Bunu Meksika lideri Klaudiya Şeynbaum deyib.

Prezident qeyd edib ki, aprelin 2-də Meksikanın ABŞ hökuməti ilə eyni qarşılıqlılıq prinsipi çərçivəsində hər hansı addım atmalı olub-olmaması nəhayət bəlli olacaq:

“Ölkəmizdəki polad və alüminium istehsalçıları ilə görüşlərdən başqa, aprelin 2-nə qədər gözləyəcəyik. Unutmayın ki, aprelin 2-si ABŞ hökumətinin bütün dünya ölkələri üçün qarşılıqlı tariflərin tətbiqini elan edəcəyi gündür. Ümid edirik ki, bizim ticarət sazişimiz var və Meksikadan ABŞ-yə heç bir tarif yoxdur, onlar tərəfindən heç bir qarşılıqlı tariflər olmayacaq”.

İstinadlar Report