
Meksika ABŞ Prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantların deportasiyası planlarını müvəqqəti pozaraq ABŞ hərbi təyyarəsinin enişinə icazə verməkdən imtina edib.
Bu barədə Qərb KİV-i məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin deportasiya edilən miqrantları daşıyan iki “C-17” təyyarəsi Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys isə həyata keçirilməyib.
Meksika hökumətinin imtina səbəbləri açıqlanmayıb. Hökumət ABŞ-nin birtərəfli tədbirlərinə qarşı çıxdığını bəyan edib.
Qeyd edək ki, Prezident Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. Belə ki, ölkədə miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.