Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində, dünyanın ən böyük məscidi Əl-Haramda koronavirus pandemiyasının başlanmasından bu yana ilk dəfə sosial məsafə tədbirləri gözlənilmədən namaz qılınıb.

Məscid işçiləri tam hüquqlu xidmətlərin bərpası qərarına uyğun olaraq, dindarlar üçün müəyyən güzəştlər tətbiq ediblər. Məscidin döşəməsindən sosial məsafə ilə bağlı stikerlər çıxarılıb.

Hazırda Ümrə ziyarətini edən əcnəbiləri qəbuluna hazırlıq işləri başlayıb.

Buna rəğmən Səudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, məscidə gələnlər COVID-19 əleyhinə tam peyvənd edilməli və maska taxmalıdırlar. Bundan əlavə, əsas müsəlman ziyarətgahı olan Kəbəyə giriş məhduddur.

İstinadlar Report