Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar.

Onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var.

Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin Yerablur hərbi xiyabanına səfərinin qarşısını almaqdır.

“Bütün ermənilər, xüsusən də biz valideynlər burada olmalıyıq. Səhərə qədər burada qalacağıq”, – hərbçilərdən birinin atası Qarik Qaleyan bildirib.

İstinadlar Report