Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olub.

Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

*****

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şamaxı rayonu, Gülağa Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinin açılışında iştirak ediblər.
Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub.