Bu gün ölkənin klassik musiqi həyatında mühüm hadisəyə çevrilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycanın və xarici ölkələrin görkəmli incəsənət nümayəndələrinin qatıldığı musiqi festivalında giriş nitqi olaraq ölkənin l vitse-prezidenti Mehriban Əliyevanın məktubu səsləndirilib. 

Daha sonra çıxış üçün söz Respublika Ağsaqqallar şurasının sədri Fəttah Heydərov və festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyliyə verilib. Festival iştirakçılarını yubiley münasibəti ilə  təbrik edən xalq artisti bugünkü günün Azərbaycan musiqisi üçün önəmindən danışıb:

“Bizim festivalımız kommersiya xarakteri daşımır. Biletlər pulsuzdur, hər kəs gəlib musiqidən zövq ala bilər. Burada varlı adamlar oturmur. Demokratik, xalq ruhlu bir ab-hava var. İkinci vəzifəmiz isə maarifçilikdir. Nə xoş bizə ki, bu il həm də Qara Qarayevin yubileyidir. Onun bəstəkarlıq məktəbi davam edir və edəcəkdir. Mən sizi ürəkdən təbrik edirəm. Bu illər ərzində 50-dən çox ölkədən nümayəndələr gəlib. Burada varlı adamlar oturmur. Demokratik, xalq ruhlu bir ab-havadır”.

Oxumağa dəyər:   Zorlama və narkotik vasitələr saxlama ilə ittiham olunanlar saxlanıldı

Daha sonra festivalda əməkdar artist, drijor Fuad İbrahimov müşayiəti ilə Qara Qarayevin “Leyli və Məcnun” simfonik  poeması və “Alban rapsodiyası” səsləndirilib.

Ümumilikdə isə festival çərçivəsində Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijor və musiqiçilər çıxış edəcəklər.

Qeyd edək ki, Heydər Əliyev Fondu və “Gilan Holding” tərəfindən təşkil edilən festival 30 iyul – 7 avqust tarixlərində Qəbələ şəhərində keçiriləcək.





İstinadlar Qafqazinfo