
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda sülh və sabitlik üçün çox böyük imkanlar yaradıb. Buna baxmayaraq, Fransa və ABŞ Ermənistandan istifadə etmək yolu ilə regionun işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər.
Bunu türkiyəli tarixçi və politoloq Mehmet Perinçek Moskvada keçirilən “Neokolonializmin müasir təzahürləri ilə mübarizə” forumunda deyib.
“Fransa kimi dövlətlərin siyasəti ötən əsrdə təsirsiz ötüşməyib. Fransa bu gün Afrikada neokolonializm siyasətini davam etdirməyə çalışır. Lakin bu siyasət də iflasa uğrayıb. Onların hərbi bazaları Mali, Niger və Burkina Fasodan çıxarılır və bu ölkələr Fransa ilə iqtisadi əlaqələrə son qoyurlar”, – o vurğulayıb.