Pakistan məhkəməsi sabiq baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibi Toşaxana Dövlət Xəzinəsindən bəxşiş almaq üçün səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı yeni ittihamlar irəli sürüb.

Bu barədə “Geo” telekanalı məlumat yayıb.

“Məhkəmə, Milli Hesabatlılıq Bürosuna iki şübhəlini Adiala həbsxanasında dindirməyi tapşırıb və cütlüyün iyulun 22-də məhkəmə qarşısına çıxması ilə bağlı göstəriş verib”, – məlumatda qeyd edilib.

İstinadlar Report