
Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova barəsində qərar verib.
Onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.
Qeyd edək ki, ötən il dekabrın 1-də N.Absalamova barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.