Ötən gün Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin nəvəsinin Rusiyada qəzaya düşməsi ilə bağlı məlumat yayılmışdı.

Ailəsindən hadisə ilə bağlı açıqlama verilib. Bildirilib ki, söhbət Məhərrəm Əliyevin qızının oğlundan gedir.

Qeyd olunub ki, qəza onlara məxsus avtomobilin digər bir maşının sürücüsü tərəfindən vurulması nəticəsində baş verib. Qəza zamanı M. Əliyevin nəvəsi sükan arxasında olmayıb. Həmçinin vurğulanıb ki, insident xəsarətsiz ötüşüb.

Qeyd edək ki, ötən gün Məhərrəm Əliyevin nəvəsinin Moskvanın şimalında qəzaya düşməsi barədə xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, Moskvanın Bolşaya Akademiçeskaya küçəsində oğlanın idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil “Lexus”la toqquşub.

İstinadlar Qafqazinfo