İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən aqroparklara mediatur təşkil edilib.

Ilk olaraq media mənsubları “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkda görülmüş işlərlə tanış olublar.

Məlumat verilib ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Ərazidə taxıl, şəkər çuğunduru, dən qarğıdalısı və soya əkilib. İnvestisiya dəyəri 13,4 mln. manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib. Aqroparkda hazırda taxıl yığımı davam edir.

İstinadlar Report