Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs ölüb.
Sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova dünən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.