Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba-Xaşmaz iqtisadi rayonunda fəaliyyət göstərən şərab və quşçuluq müəssələrinin fəaliyyəti ilə tanış olub.
Məlumata görə, nazirə Xaçmaz və Şabrandakı şərab istehsalı müəssələrinin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib. Görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.