Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı və Ağsu rayonlarında yerləşən şərab istehsalı müəssisələrinin, eləcə də Ağsu rayonundakı heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Nazirə şərab müəssisələrinin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar barədə məlumat verilib.

Görüşlərdə ölkədə şərabçılığın inkişafı, şərabçılıq məhsullarının istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyaların tətbiqi, bu sahədə təcrübə mübadiləsi, xarici bazarlara məhsul ixracının genişləndirilməsi istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub.

Daha sonra nazir M. Məmmədov aqroparka baş çəkib. Bildirilib ki, aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Heyvandarlıq kompleksinin yemə olan ehtiyacı daxili istehsal hesabına ödənilir. Müəssisə təsərrüfatda yem bazasının təmin olunması üçün müasir suvarma sistemləri tətbiq etməklə əkinçilik fəaliyyəti ilə məşğul olur.

İstinadlar Report