Müasir dövrdə dünyada halal standartları əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artmaqdadır.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.

“Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib”, – deyə o qeyd edib.

İstinadlar Report