
Bu gün Rusiyanın Bakıdakı səfirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin görüşü keçirilib.
Tədbirdə Rusiyanın səfiri Mixail Yevdokimov, Belarus səfiri Andrey Ravkov, Qazaxıstan səfiri Alim Bayel, Qırğızıstan səfiri Maksat Mamıtkanov, Tacikistan səfiri İlhom Abdurahmon, Türkmənistan səfiri Qurbanməmmet Elyasov və Özbəkistan səfiri Bahrom Aşrafxanov iştirak ediblər.