“İndiki şəraitdə sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”.

Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

S.Lebedev müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.

MDB-nin icraçı katibi dünyanın bir çox regionlarında, o cümlədən Qafqazda ölkələrin sərhədlərində təhlükələrin mövcud olduğunu bildirib. “Bu, onu deməyə əsas verir ki, biz ölkələrimizin sərhədlərinin qorunmasına daha çox diqqət ayırmalı və bunu səmərəli şəkildə həyata keçirməliyik”, – S.Lebedev əlavə edib.

İstinadlar Report