Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 6-da onlayn formatda keçiriləcək.

Bu barədə “BelTA” xəbər agentliyi təşkilatın Minskdəki İcraiyyə Komitəsində baş tutan Birlik ölkələrinin nizamnamə və digər orqanları yanında MDB Dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasından sonra məlumat yayıb.

Qeyd olunub ki, iclasda MDB ölkələrinin 2030-cu ilə qədər olan dövr üçün iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2021-2025) həyata keçirilməsi üzrə fəaliyyət planına baxılacaq.

İstinadlar Report