
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Çox hörmətli Əli Hidayət oğlu!
Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək.