“Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir”.
Bunu “Report”un Ağdama ezam olunmuş müxbirinə açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib.
“Azərbaycanın gücü günü-gündən artır. Orta Dəhliz layihəsi təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır”, – alim bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyinə görə bu ölkədən keçən nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır.