
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Bu Komissiya üzvü Rəşad Məcid məlumat verib.
Onun sözlərinə görə, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyevdən növbəti humanist addım kimi əfv sərəncamının imzalanacağı gözlənilir.