Milyarder İlon Mask amerikalı iş adamı Devid Saksın Sovet İttifaqının dağılmasından sonra NATO-nun ləğv edilməli olduğu barədə bəyanatını dəstəkləyib.

Bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Belə ki, Saks SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Müqaviləsi Təşkilatını buraxmaq əvəzinə, genişlənmə ilə bağlı yeni missiya ilə çıxış etdiklərini vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu cür hadisələr NATO ətrafında təşkilatın mövcudluğuna haqq qazandırmaq üçün lazım olan düşmənçiliyi yaradıb.

İstinadlar Report