
ABŞ-nin Texas ştatının paytaxtı Ostində amerikalı sahibkar İlon Mask Argentinanın Prezidenti Xavyer Mileylə görüşüb.
Bu barədə dövlət başçısının mətbuat katibi Manuel Adorni sosial şəbəkədə bildirib.
“Prezident Xavyer Miley “Tesla”nın <…> sənaye müəssisəsini ziyarət etdikdən sonra şirkətin həmtəsisçisi və baş direktoru İlon Maskla görüşüb”, – Adorni nəql edib.
Onun sözlərinə görə, Argentina lideri Braziliyada “X” işinin məhkəməsində sahibkara əməkdaşlıq təklif edib. Bundan başqa, Miley və Mask razılaşıblar ki, “bazarın liberallaşdırılması və azadlıq ideyalarının qorunması zəruridir”.