İlon Mask aprelin 21-22-nə planlaşdırılan Hindistana səfərini təxirə salıb.

O, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Təəssüf ki, “Tesla”dakı çox ciddi öhdəliklərim Hindistana səfərin təxirə salınmasını tələb edir, lakin bu ilin sonunda səfərin olacağını səbirsizliklə gözləyirəm”, – o yazıb.

Xatırladaq ki, aprelin 12-də Mask Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün adıçəkilən ölkəyə gedəcəyini açıqlamışdı.

İstinadlar Report