“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask prezident seçkilərin nəticələrini ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla izləyəcək.
Qeyd olunub ki, Mask gecənin bir hissəsini bir neçə tədbirin baş tutacağı Floridadakı Mar-a-Laqo iqamətgahında keçirəcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.