Şamaxı rayonunda vurulan iki piyada qadın vəfat edib.

Noyabrın 24-də saat 9 radələrində Şamaxı rayonu ərazisində Göylər kənd sakini İ.Yahyayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Zümrüd Mustafayevanı və Ağsu rayon sakini Tamella Tarıverdiyevanı vurub. 

Hər iki piyada  aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

İstinadlar Qafqazinfo