Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • KİV: Son 24 saatda Qəzzada təxminən 100 nəfər ölüb
  • Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!
  • Türkiyə və ÇİN-in XİN rəsmiləri Əfqanıstandakı humanitar vəziyyəti müzakirə ediblər
  • Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib
  • Azərbaycanın Boqotadakı nümayəndəsi Kolumbiya Konqresinin aşağı palatasının sədri ilə görüşüb
  • Pentaqon qoşunların 4 il əvvəl Əfqanıstandan çıxarılması ilə əlaqədar yeni araşdırma aparacaq
  • ÜST 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəni təsdiqləyib
  • İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb
  • Azərbaycan səfiri Perunun XİN başçısının müavini ilə iqtisadi məsələləri müzakirə edib
  • CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
  • KİV: Son 24 saatda Qəzzada təxminən 100 nəfər ölüb
  • Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!
  • Pentaqon qoşunların 4 il əvvəl Əfqanıstandan çıxarılması ilə əlaqədar yeni araşdırma aparacaq
  • İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb
  • CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
  • BƏƏ Qəzza zolağına yardım göndərilməsilə bağlı İsraillə razılığa gəlib
  • Ötən ilin ən yaxşı kosmik – Fotoları
  • İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir
  • Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq
  • İmamoğlunun şəxsi telefonu tapıldı – Araşdırılır
  • İsrail HƏMAS-ın Uitkoffun planını rədd etməsi səbəbindən Dohadan nümayəndə heyətini geri çağırıb
  • The Times: Tramp və Netanyahu arasında münasibətlər dönüş nöqtəsinə yaxınlaşır
  • “Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” – Prezident
  • NATO Norveçin şimalında alyansın hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq
  • Kallas: Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib
  • “Dost dar gündə tanınar”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Maşınla üstündən keçildiyi deyilən kişinin qətlinin – Detalları+video
22/09/2024 23:11
Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO
20/05/2025 22:29
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video
20/05/2025 15:44
31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video
20/05/2025 15:11
Qəbələdə ailə evsiz qaldı – Video
20/05/2025 10:37
Bakıda kişi 9 qaşığı niyə udub? – Video
20/05/2025 00:01
Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO
19/05/2025 12:56
Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video
19/05/2025 12:35
Ötən həftə 13 azyaşlı xilas edildi – Video
19/05/2025 10:02
35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video
18/05/2025 23:05
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
17/05/2025 11:56
“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
16/05/2025 22:11
Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
16/05/2025 19:41
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16/05/2025 16:11
Prezidentləri güldürən sürpriz… – Video
16/05/2025 15:10
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
16/05/2025 11:50
Paşinyan İTV-yə müsahibə verdi – Video
16/05/2025 08:02

Video xəbərlər

  • Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO
  • “Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video
  • 31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video
  • Qəbələdə ailə evsiz qaldı – Video
  • Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

21/05/2025
08:38 KİV: Son 24 saatda Qəzzada təxminən 100 nəfər ölüb
07:32 Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!
07:26 Türkiyə və ÇİN-in XİN rəsmiləri Əfqanıstandakı humanitar vəziyyəti müzakirə ediblər
06:32 Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib
06:08 Azərbaycanın Boqotadakı nümayəndəsi Kolumbiya Konqresinin aşağı palatasının sədri ilə görüşüb
05:44 Pentaqon qoşunların 4 il əvvəl Əfqanıstandan çıxarılması ilə əlaqədar yeni araşdırma aparacaq
05:14 ÜST 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəni təsdiqləyib
05:08 İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb
04:34 Azərbaycan səfiri Perunun XİN başçısının müavini ilə iqtisadi məsələləri müzakirə edib
04:32 CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
03:59 BƏƏ Qəzza zolağına yardım göndərilməsilə bağlı İsraillə razılığa gəlib
03:50 Ötən ilin ən yaxşı kosmik – Fotoları
03:14 İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir
02:41 Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq
02:05 TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçılarının zirvəöncəsi görüşü olub
01:32 İmamoğlunun şəxsi telefonu tapıldı – Araşdırılır
01:20 Gəncədə Kəlbəcər sakinini avtomobil vuraraq öldürüb
00:59 İstanbul sahilində zəlzələ olub
00:41 İsrail HƏMAS-ın Uitkoffun planını rədd etməsi səbəbindən Dohadan nümayəndə heyətini geri çağırıb
00:16 The Times: Tramp və Netanyahu arasında münasibətlər dönüş nöqtəsinə yaxınlaşır
00:14 “Bu xərcləri azaldacağam” – İlon Mask
20/05/2025
23:44 Gəncədə ağır qəza – Ölən və xəsarət alan var
23:32 “Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” – Prezident
23:29 Almaniyada tikinti liftinin düşməsi nəticəsində üç nəfər ölüb
23:26 Trampın sevimli yeməyi bu imiş
23:23 BAAU və İzmir Yüksək Texnologiya İnstitutu əməkdaşlığı genişləndirir – Fotolar
23:08 Rubio USAID-in ayırdığı yardımın yalnız 12 %-nin ehtiyacı olanlara çatdığını iddia edib
22:29 Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO
22:23 Tokayev: Qazaxıstan TDT çərçivəsində konstruktiv dialoqa sadiqdir
22:11 Yasamalda avtobusun şüşəsini sındıranla bağlı tədbir görüldü
22:02 Rubio: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
21:53 NATO Norveçin şimalında alyansın hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq
21:29 Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var
21:26 Kallas: Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib
21:11 “Dost dar gündə tanınar”
21:02 Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
20:59 Sudan paytaxt Xartumu üsyançılardan tamamilə azad edib
20:44 Anqolada neft platformasındakı yanğında 17 nəfər xəsarət alıb
20:35 Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı – Rəsmi açıqlama
20:26 Papua Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib
20:20 Rubio Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini istisna etməyib
20:14 Naxçıvanda “Göycə” festivalı keçiriləcək
20:07 Sabah Bakının bu ərazisində işıq olmayacaq
20:05 3 ildən sonra İrəvana getdi
19:56 Lavrov Ermənistanda səfərdədir
19:53 Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
19:51 Naxçıvan şəhərinin bir çox məhəllə və küçələrində qaz təchizatında fasilə yaranacaq
19:49 Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı – Fotolar
19:41 Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
19:40 İmişlidə traktorun qoşqusu və iki tondan artıq ot bağlaması yanıb 
19:38 “Araz-2025” birgə təlimi davam edir
19:35 Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
19:29 Merts: Biz artıq indidən Ukraynanın bərpası barədə düşünməliyik
19:02 Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
18:50 Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb
18:35 Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub
18:14 Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
18:07 Zelenski AK prezidenti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə edib
18:05 Türkiyə MİT-in başçısı Suriyada səfərdə olub, bir sıra görüşlər keçirib
18:02 Dorin Junqiyetu: “Moldova Azərbaycanla birgə bioqaz istehsalında maraqlıdır”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Maşınla üstündən keçildiyi deyilən kişinin qətlinin – Detalları+video

Multimedia 22/09/2024 23:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Yevlaxda 39 yaşlı kişinin üstündən avtomobillə qəsdən keçilərək öldürüldüyü deyilir.

Qətl hadisəsi rayonun Nizami parkı yaxınlığında baş verib.

Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 43 yaşlı  Zamin Cavadovun şəxsi münasibətlər zəminində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvləcə Elvinin idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə özünün üzərindən keçib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Multimedia 20/05/2025 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

ilə Talıbzadə qeyri-rəsmi nikahda yaşayıb.

Maraqlıdır ki, Seyidrəsulun ilə necə ailə qurması heç kimə məlum deyil.

Ətraflı süjetdə: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Multimedia 20/05/2025 15:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Multimedia 20/05/2025 15:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.

O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.

Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.

Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəbələdə ailə evsiz qaldı – Video

Multimedia 20/05/2025 10:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.

Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Multimedia 20/05/2025 00:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.

Kişi elə qaşıqları da orada olarkən udub.

“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Multimedia 19/05/2025 12:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.  

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir. 

Oxumağa dəyər:   Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşdü - Fotolar

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur. 

Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.  

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Multimedia 19/05/2025 12:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.

O, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb. 

M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.

Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.

Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.

Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Multimedia 19/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Multimedia 18/05/2025 23:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.

Hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.

Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Multimedia 17/05/2025 11:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.

Bununla əlaqədar İTV sujet hazırlayıb.

Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”. 

Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.

Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.

Oxumağa dəyər:   "Agro Dairy" şirkəti 10 illik yubileyini qeyd edib - Fotolar

Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.

Ətraflı İTV-nin videomaterialında:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Multimedia 16/05/2025 22:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.

Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.

Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.

Oxumağa dəyər:   Bu çaylarda suyun səviyyəsi artdı

Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.

Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.

Mövzu ilə bağlı daha ətraflı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Multimedia 16/05/2025 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.

“Qafqazinfo” həmin görüşlərin qısa videoicmalını təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Multimedia 16/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentləri güldürən sürpriz… – Video

Multimedia 16/05/2025 15:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.

Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Multimedia 16/05/2025 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.

Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan İTV-yə müsahibə verdi – Video

Multimedia 16/05/2025 08:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

Ətraflı süjeti təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 20/05/2025 22:29

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Read more
Multimedia 20/05/2025 15:44

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Read more
Multimedia 20/05/2025 15:11

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Read more
Multimedia 20/05/2025 10:37

Qəbələdə ailə evsiz qaldı – Video

Read more
Multimedia 20/05/2025 00:01

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Read more
Multimedia 19/05/2025 12:56

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Read more
Multimedia 19/05/2025 12:35

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Read more
Multimedia 19/05/2025 10:02

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Read more
Multimedia 18/05/2025 23:05

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Read more
Multimedia 17/05/2025 11:56

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Read more
Multimedia 16/05/2025 22:11

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Read more
Multimedia 16/05/2025 19:41

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Read more
Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla