İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, İmişli sakini, 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada, 1963-cü il təvəllüdlü Sarıyev Nizam Hüseyn oğlunu vurub. 

Piyada aldığı xəsarət nəticəsinə ölüb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo