
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub. Bədən xəsarəti alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli