
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Iki avtomobilin toqquşduğu hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar – 1996-cı il təvəllüdlü Sənan Verdiyev, 1997-ci il təvəllüdlü Bəylər Ələkbərov və 2002-ci il təvəllüdlü Fatma Əsədova xəstəxanaya yerləşdirilib.
Hadisə vaxtı avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı obyektə çırpılıb və tikiliyə də ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev