Aparılan yeni sorğulara görə, turistlərin hoteldən çıxarkən unudutduqları ən qəribə əşyaların hansılar olduğu məlum olub.

Dünya üzrə 400-dən çox hotelə ünvanlanan sorğuların nəticələrinə əsasən siyahının başında çirkli paltarlar, şarj cihazları digər şəxsi əşyalar gəlir.

Unudulan ən qəribə əşyalar arasında ayaq gipsləri, diş protezləri, kərtənkələ və cücə kimi heyvanlar, maşın təkəri, “Rolex” saat və “Hermes” brendinə məxsus çanta da var.

Bundan əlavə, bəzi hotellər deyib ki, qonaqlar getdikdən sonra otaqlarda blender və tikinti boruları da tapıblar.

Hotel qonaqlarından geriyə qalan ən çox yayılmış əşyalara isə şarj cihazı, “Power bank”, adi geyimlər, kirli paltarlar, eləcə də alt paltarları və makiaj ləvazimatları daxildir.

İstinadlar Qafqazinfo