
Abşeron rayonu Masazır qəsəbəsində bir həmvətənlisini öldürməkdə, birini isə yaralamaqda şübhəli bilinən Pakistan vətəndaşı Asad Shabbir Ahmadin məhkəməsi başlayır.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.
Pakistan vətəndaşı Asad Shabbir Ahmad Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməkdə şübhəli bilinib.