Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

İstinadlar Report