Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Rəhman Şıxəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

İstinadlar Report