Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda tədbir həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər də aşkarlanıb və barələrində protokol tərtib edilib.

İstinadlar Report