Masallıda qəza baş verib.

Hadisə Masallı-Qızılağac yolunun çaxırlı kəndi ərazisində olub.

“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini,  1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.

***

Kənd sakinlərinin verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub. Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib.

İstinadlar Qafqazinfo