Bu gün Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq “Qarğalıq” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.