Masallı rayonunda “Niva” aşıb.

Hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.

Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.

İstinadlar Qafqazinfo