Masallıda 37 yaşlı kişi intihar edib.

Rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin Fərail oğlu Həsənov Masallı şəhərində yaşadığı evin həyətində özünə qəsd edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı müəyyən olunub.

İki övlad atası olan N.Həsənov banklardan birinin Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

İstinadlar Report