
“Taliban” hakimiyyəti tərəfindən təlimatlar hazırlanır və qadınların humanitar əməliyyatlarda fəaliyyət göstərməsinin təmin edəcəyi gözlənilir”.
Bunu Əfqanıstandan səfərdən dönən BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bölgədəki humanitar vəziyyət barədə danışan M.Qriffits bildirib ki, BMT-nin Əfqanıstan üçün başlatdığı 4,6 milyard dollarlıq yardım kampaniyası dünyada indiyə qədər həyata keçirilən ən böyük humanitar yardım proqramıdır.