“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Marsel”i qəbul edəcək.

Fransa klubunun matç üçün hazırladığı poster müzakirələrə səbəb olub.

Klubun rəsmi instaqram və tvitter hesablarında paylaşılan posterdə komandanın futbolçusu Bubakar Kamara at üstündə təsvir olunub.

“Qarabağ”ın ləqəbinin “atlılar” olduğu isə bəllidir. Bu səbəbdən paylaşım azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 21:45-də start götürəcək.