“Meta”nın təsisçisi və rəhbəri Mark Zukerberq həyat yoldaşı Prisçilla Çan üçün xüsusi avtomobil hazırlatdırıb.

Mark bu haqda öz feysbuk hesabında məlumat verib.

Belə ki, Mark xanımının istəyi ilə indiyə kimi olmayan unikal “Porsche Cayenne Turbo GT” dizayn etdirib.

Uzun versiya olan avtomobil elektrikli sürüşmə qapılarla təchiz olunub və ailəvi səfərlər üçün nəzərdə tutulub.

Maşının qiymətinin 200 min dollardan çox olduğu bildirilir.

Qeyd edək ki, cütlük 2012-ci ildə ailə qurub. Onların 3 qızı var.


İstinadlar Qafqazinfo