NATO-nun Baş katibi Mark Rutte ABŞ-yə Ukraynaya hərbi dəstəyi davam etdirməklə bağlı çağırış edib və Avropanın bunun xərclərini qarşılayacağını bildirib.
Bu batədə Baş katib Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan tədbirdə danışıb.
M.Rutte vurğulayıb ki, Alyans müdafiəyə daha çox sərmayə qoymalı, müdafiə sənayesinin istehsalını artırmalı və Ukraynaya yardımla bağlı xərclərin daha böyük hissəsini öz üzərinə götürməlidir.