
Kanadada Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. Onun namizədliyini partiya üzvlərinin 85,9 faizi dəstəkləyib.
Bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, namlı qələbə qazanan Karni hökumətə də başçılıq edəcək. Ümumilikdə səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edib.
Bu vəzifə uğrunda mübarizə aparan digər namizədlər keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Xristiya Friland 8% və Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld 3% səs toplayıb.