Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.
Bunu “Report”un sualına cavabında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bu gün keçirdiyi brifinqdə təsdiqləyib ki, hazırda xarici işlər nazirlərinin sözügedən formatda Ankarada görüşünün təşkili istiqamətində iş aparılır.