Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 17,5% artıb və bu, son hədd deyil.

Bu barədə açıqlamasında Rusiya Ticarət və Sənaye Palatasının Azərbaycandakı fəxri nümayəndəsi Mariya Suvorovskaya məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Yol xəritəsinin imzalanması ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olmalıdır: “Yol xəritəsində göstərilən bütün bu tədbirlər gələcəkdə ticarət dövriyyəsinin artmasına və yeni rekord səviyyələrə gətirib çıxarmalıdır. Aydındır ki, biz ixracdan birgə sənaye layihələrinə və investisiya əməkdaşlığına doğru irəliləyirik”.

M. Suvorovskaya qeyd edib ki, Rusiyanın 80-ə yaxın subyekti Azərbaycanla biznes, mədəniyyət, turizm, təhsil əlaqələri saxlayır.

İstinadlar Report