Azərbaycan qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarının qalibi olub.

50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.

Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.