Qondarma Donetsk Xalq Respublikası Mariupolda ukraynalı hərbi əsirlər üzərində “tribunal” keçirməyə hazırlaşır.

Bu barədə qondarma rejimin başçısı Denis Puşılin Rusiya telekanalının efirində danışıb.

“Əminliklə təsdiq edə bilərəm ki, tribunala hazırlıq tam bizim bu barədə dediyimiz kimi aparılır. Məhz planlaşdırdığımız şəkildə. Yəni tribunal qaçılmazdır və ilk tribunallardan biri Mariupolda olacaq”, – D.Puşılin bildirib.

İstinadlar Report