Ukraynanın Rusiya hərbçiləri tərəfindən nəzarət altına alınan Mariupol şəhərində kütləvi məzarlıqlara görə epidemik fəlakət təhlükəsi yaranıb.

Bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko teleqramda bildirib.

Onun sözlərinə görə, Mariupol üçün xarakterik olan yağışlar bu şəhərdə epidemiya yarada bilər.

“Humanitar fəlakətdən əlavə, şəhərdə yoluxucu xəstəliklər tüğyan edəcək. 100 min insan susuz yaşamağa davam edir. Yağışlar təhlükəli maddələri içməli su mənbələrinə atacaq. Kanalizasiya sistemi işləmir. Şəhərin hər yerində xaotik dəfnlər var”, – mer vurğulayıb.

İstinadlar Report